Page 533 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 533
Akif ßhmÿdgil

Qala-qala qapılar 533
Tay-tay olar açılar
Koroğlusu tapılar
Bir Qırat gәtir.

A naxırçı, düzü nә?
İnanmışam sözünә,
Qırat qalsın özünә,
Bir Dürat gәtir.

Anama

Beş övlad gәtirdin sәn ki dünyaya,
Gәlimli dünyaya gәlib gedirsәn.
Xalçanın üstündәn asılıb şәklin,
Mәsum bir tәbәssüm... gülüb gedirsәn?

Qızların üstünә gül aparmazmı?
Gizlәdә bilsәydim nәvәlәrindәn,
Gizlәdә bilsәydim göz yaşlarımı...
Yataqda balıncı sel aparmazmı?

Xiffәtin bağrımı dәlib, gedirsәn.
Sıxır ayağımı ayaqqabı da,
Otaqda üstümә lay divar gәlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mәnә dar gәlir.

Deyәrdin: “Beş övlad beş barmağımdır”.
Bu maşın haraya şütüyür belә?!
Sükan arxasında böyük oğlum,
Sükan arxasında sonbeşiyimmi?!
   528   529   530   531   532   533   534   535   536   537   538