Page 542 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 542
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Gecikmiş mәnim kimi –
durnalar qara düşmüş,
Köçüb getmiş ellәri –
kim bilir hara düşmüş.
Dәrdi mәnim çiynimә,
ünü dağlara düşmüş –
Quş uçmaz, karvan keçmәz bu yolları neynirәm.

…Sıra-salxım buz bağlamış pәncәrә önündәyәm.
Ayağının ucuna qalxıb mәzar daşları –
Nә getmәyi bәllidi, nә gәlmәyi yolların…
Kimin? – deyә sormayın.
542 Acı yelindәn bәlli –
bu yurd mәnim yurdumdu,
bu kәnd mәnim kәndimdi…

***

Yağış yağır çatmır yerә,
Tәkcә göy üzü nәmlәnir.
İki gözüm görә-görә,
Çayım zәhәrnәn dәmlәnir.

Karvanım yox, köçәm gedәm,
Aşam üfüqdәn o yana.
Bu dünyaya nabәlәdәm –
Ruhun hardadı, ay ana?

Uzaq bir kәdәrnәn dolu
Göydә buludlar daşlanır.
Ah, yenә dә axşam olur,
Yenә zülümüm başlanır.
   537   538   539   540   541   542   543   544   545   546   547