Page 543 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 543
rünmür bir işıq ucu, ßhmÿd Oüuz
Qan damır qaranlığıma.
Hәlә ölmәmişәm, xoca, 543
Üstümdә Quran oxuma…

***

Yenә sәrxoş kimiyәm,
Başımda qürbәt dәmi.
Әsәn yeldә yurd әtri var,
Buludda Vәtәn nәmi.

Nә götürüb gedәcәk
Limandan qalxan gәmi.
Yuxuma dağlar girir
Gözümü yuman kimi.

Neçә ildi qoruyur
Allah öldürmür mәni.
Kökü üstdә quruyur
Gözümdә bitәn zәmi.

…Olub-qopan dörd divar
Gün döyür pәncәrәmi.
Hara gedim, haram var,
Kimә qoyum bu qәmi..

İstәmirәm ölmәyi,
Belә ömür sürmәyi.
Bumu Allah kömәyi,
Bumu Tanrı sitәmi?...
   538   539   540   541   542   543   544   545   546   547   548