Page 76 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 76
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Süleyman Sani
Axundov

(1875-1939)

76

Nasir, dramaturq, maarifçi. 1885-1894-cü illәrdә Qori
Müәllimlәr Seminariyasında tәhsil alıb vә ömrünün sonuna
kimi pedaqoji fәaliyyәtlә mәşğul olub. 1922-ci ildә Azәr-
baycan Әdib vә Şairlәr İttifaqının ilk sәdri seçilib. 1932-ci
ildә әdәbi vә pedaqoji fәaliyyәtinә görә “Әmәk qәhrәmanı”
adına layiq görülüb. Bәdii yaradıcılığa 1899-cu ildә – Mirzә
Fәtәli Axundovun “Hacı Qara” әsәrinin tәsiri altında
qәlәmә aldığı “Tamahkar” komediyası ilә başlayıb. 1912-
1914-cü illәrdә “Qorxulu nağıllar” başlığı altında yazdığı
“Әhmәd vә Mәleykә”, “Abbas vә Zeynәb”, “Nurәddin”,
“Qaraca qız”, "Әşrәf" adlı silsilә hekayәlәri ilә Azәrbaycan
uşaq әdәbiyyatına mәzmun vә üslub yeniliklәri gәtirib.
“Qonaqlıq”, “Yuxu”, “Tutuquşu”, “Qan bulağı”, “Ümid çı-
rağı”, “Cәhalәt qurbanı”, “Tәbrik”, “Namus”, “Son ümid”,
“İki dost, iki düşmәn” kimi klassik hekayәlәrin, “Dibdat
bәy”, “Türk birliyi”, “Laçın yuvası”, “Qaranlıqdan işığa”,
“Şahsәnәm vә Gülpәri”, “Molla Nәsrәddin Bakıda”, “Eşq
vә intiqam” pyeslәrinin müәllifidir.
   71   72   73   74   75   76   77   78   79   80   81