Page 71 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 71
mmÿd Sÿid Ordubadi

Mәmmәd Sәid
Ordubadi

(1872-1950)

71

Yazıçı, şair, dramaturq. Әmәkdar incәsәnәt
xadimi. Әdәbi yaradıcılığa 1903-cü ildә “Şәrqi-Rus”
qәzetindә dәrc olunan “Tәbrik” şeiri ilә başlayıb.
“Molla Nәsrәddin” jurnalı ilә yaxından әmәkdaşlıq
edib. 1906-1907-ci illlәrdә Tiflisidә “Qәflәt”, “Vәtәn
vә hürriyyәt” adlı şeir kitabçaları, 1914-cü ildә
Bakıda “Bәdbәxt milyonçu”, “Әndәlüsün son gün-
lәri, yaxud Qranadanın tәslimi” әsәrlәri nәşr edilib.
1920-1925-ci illәrdә qәlәmә aldığı dördcildlik
“Dumanlı Tәbriz” әsәri ilә Azәrbaycan әdәbiyyatın-
da roman-epopeya janrının әsasını qoyub. “Qılınc
vә qәlәm”, “Gizli Bakı”, “Döyüşәn şәhәr” kimi tari-
xi romanların, hәmçinin “Koroğlu”, “Nәrgiz”,
“Nizami” operalarının, “Beşmanatlıq gәlin”, “Ürәk-
çalanlar” musiqili komediyalarının libretto müәl-
lifidir.
   66   67   68   69   70   71   72   73   74   75   76