Page 72 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 72
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Serjant İvanov adına körpәlәr evi

Payız girәndәn bәri belә şiddәtli soyuq görünmәmişdi. Çәmәnlәr
xәzan yarpaqları ilә örtülür, günәş üfüqdәn çәkilir, meşәdә
qaranlıq bir iz buraxaraq gedirdi.
Gәnc leytenantın dәstәsi K. kәndinin şәrq tәrәfindәki meşәdә yerlәş-
mәk vә diviziya komandirinin әmrini gözlәmәk üçün tapşırıq almışdı. Ağır
toplar piyadanın hәrәkәtini tәmin etmәk üçün geridәki tәpәlәrdә yerlәşdirilir,
pulemyotlar isә şam ağacının yarpaqları arasında gizlәdilirdi.
Külәk şiddәtlәnirdi. Hücum әmrini gözlәyәn hәr bir qızıl әsgәr bütün
diqqәtini toplayaraq, tәyyarә sәsini eşitmәyә çalışırdı; çünki K. kәndini
düşmәndәn almaq üçün hücum, birinci olaraq sovet tәyyarәlәrinin hәrәkәtilә
başlanacaqdı.
72 Telefonçu hәr an diviziya komandirinin әmrini gözlәyirdi. Telefonun
zәngi vuruldu. Telefonçu sevinәrәk, dәstәyi götürdü. Lakin bu şadlıq uzun
çәkmәdi. Vurulan zәng sәhra telefonunun işlәyib-işlәmәmәsini yoxlamaq
üçün idi.
Meşәdә minlәrlә döyüşçünün yerlәşdiyinә baxmayaraq, bir sәs belә
eşidilmirdi. Lakin bir az sonra meşә hәyatında yad olan şübhәli bir sәsin
eşidilmәsi gәnc leytenantı düşündürdü. Sәs getdikcә şiddәtlәnirdi. Yaxşı
diqqәt verildikdә, bu sәs ana döşlәrindәn ayrılan bir körpәnin ağlamasına
bәnzәyirdi.
Kәnd çox uzaqda idi. Orada ağlayan körpәlәrin sәsi bu qәdәr yaxından
eşidilә bilmәzdi. Bundan әlavә, kәşfiyyatçıların gәtirdiyi xәbәrlәrә görә,
kәnd tamamilә yandırılmış, kәnddә yaşayanlar isә hәrә bir tәrәfә qaçıb
getmişdi. Dәrhal uşaq sәsi gәlәn tәrәfә dörd nәfәr qızıl әsgәr göndәrildi,
qızıl әsgәrlәrin qayıtması o qәdәr dә uzun çәkmәdi. Qızıl әsgәrlәrdәn biri
qanlı yorğana bürünmüş uşağı göstәrib raport verdi:
– Hissәdәn iki yüz addım qәrbә doğru meşәnin içәrisi qadın vә kişi
meyitlәrilә doludur. Gәtirdiyim körpә isә bir qadın meyitinin yanında
çabalayırdı.
Leytenant heç bir söz demәdәn, körpәni alıb gözlәrinә baxdı vә qızıl
әsgәrә qaytarırkәn:
– Yaxşı uşaqdır, – deyәrәk dәsmalını çıxarıb gözlәrini sildi vә sonra
üzünü qızıl әsgәrә tutub dedi:
– Zәnn edirәm ki, qızıl әsgәrlәrin heç biri alman faşizminin bu
vәhşiliyini unutmayacaq vә intiqam hissi onlarda hәmişә alovlanacaqdır.
Leytenant bunları söylәyib qızıl әsgәrә qısa bir әmr verdi:
– Körpәni otağa aparıb rahat edin!
   67   68   69   70   71   72   73   74   75   76   77