Page 78 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 78
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Puan Qay, özün dә bilirsәn, yoxdur, nә üçün soruşursan? Ya arxalı-
ğından әl çәk, ya da cürәtin varsa, get misterdәn al.

– Gedәrәm vә arxalığımı da alaram, – deyә Puan Qay yola düşdü.
O, daha qaçmırdı, ahәstә gedirkәn dәrin fikrә dalmışdı. Böyük vә ulu
vәtәninin azğın, qudurmuş imperialistlәr pәncәsi altında boğularaq,
sızlayaraq mәhv olduğunu düşünürdü: “Bizim üçün nicat yolu yoxmu? Ha-
cana kimi dörd yüz milyonluq Çin, vәhşi avropalılar әlindә oyuncaq
olacaqdır, – deyә öz-özünә sual verirdi. – Var, lakin biz biqeyrәtlәr, hamımız
inqilabçı Kanton ordusuna qarışıb vәtәnimizi imperialistlәr әlindәn xilas
etmәk әvәzinә, inqilabçıların qarşısına çıxıb bunlarla müharibә edirik”. Puan
Qay, başında belә fikirlәr gәlib mister Qreyin darvazasına çatdı vә cürәtlә
içәri girdi. Bu zaman mister Qrey balkonda oturub qәzet oxumağa mәşğul
idi. O, itin ayağının Puan Qay tәrәfindәn yaralanmasından xәbәrdar idi. İndi
qәzәbli vә sәbirsiz onu gözlәyirdi.
78 Mister Qrey başını qaldırıb Puan Qayı gördü vә ayağa qalxaraq acıqlı
soruşdu:
– Mәnim itimi sәnmi vurmusan?
– Bәli, mәn vurmuşam. Arxalığımı götürüb qaçdı, mәn dә daş atdım
ki, yerә salsın, lakin buraxmadı.
– Sәn bilirsәnmi ki, ingilis köpәyi tutduğunu buraxmaz?
– Bәli, ingilislәrin köpәklәri sahiblәrinә oxşamışlar, tutduqlarını bu-
raxmazlar.
– Doğrudur, sәn üç böyük cinayәt etmisәn, ona görә cәza alacaqsan.
Birincisi budur ki, mәnim sevgili köpәyim Bollunu yaralamısan...
– Mister, sizin papağınızı vә ya başqa bir şeyinizi köpәk götürüb qaçsa,
nә edәrsiniz?
– Tapançamı çıxarıb vuraram, yerindә qalar.
– Mәn ki hәlә itinizi öldürmәmişәm.
– Sәnin hәddin nәdir ki, elә iş edә bilәsәn. İkinci tәqsirin bax, budur, –
deyә mister Qrey ona bir mәktub göstәrdi.
– Bu sәnin arxalığının cibindәn çıxmış, bilirsәnmi nәdir?!
– Kanton әsgәri dostumdan gәlmiş mәktubdur.
– Yalan! Kommunist firqәsi tәrәfindәn nәşr olunmuş proqlamasiyadır,
sәn o firqәnin gizli üzvüsәn vә oyun çıxarmaq ilә onun fikrini burada
yeridirsәn.
Bunu eşitdikdә Puan Qay sәbir edә bilmәyib dedi:
– Elә ki siz imperialistlәr biz çinlilәrlә rәftar edirsiniz, axırı hamımız
ona gәlәcәyik. Üçüncü cinayәtimi söylәyin.
– Üçüncü cinayәt odur ki, iznsiz mәnim hәyәtimә girmisәn, o qapıda
yazılanı oxumadınmı?
   73   74   75   76   77   78   79   80   81   82   83