Page 88 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 88

Zakir F XRİ   Zakir FAKHRI






                           Bircә o daş qalacaq.
                           Sәnә yoldaş qalacaq.
                           Sәninlә o daş qalacaq.
                           Yayı, qışı
                           hәmәn daş ovunduracaq
                           Bacı-qardaş, yar-yoldaşı...
                           Atan Əvәz, anan Balışı.
                           Üstünә gül sәpәcәk,
                           Hamı, hamı hәmәn daşı öpәcәk,
                           Ayağına dәyәn daşı...
                           Aylar, illәr ötüşdükcә
                           yollar unudulacaq,
                           Cığırları ot basacaq,
                           Gediş-gәliş
                           bir az çәtin olacaq...
                           Sәninlә
                           bircә o daş qalacaq.
                           Bircә o daş
                           hәmsöhbәtin olacaq.
                           İldә bir yol
                           ruhun uçub
                           hәmәn daşa qonacaq.
                           Yaşadığın qısa ömrü
                           qısa anda anacaq…









               88
   83   84   85   86   87   88   89   90   91   92   93