Page 86 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 86
Zakir F XRİ Zakir FAKHRI
AYAĞINA DƏYƏN DAŞ
(Qarabağ uğrunda savaşda şәhid olmuş
Milli Qәhrәman Şahlar Şükürovun xatirәsinә)
I
Götürüb bir kәnara
atardın uzaqbaşı...
Uşaq vaxtı
ayağına dәyәn daşı.
Ayağın qanayardı,
Qanınla sınağa çәkib
o daş sәni sınayardı.
Kirimәzdin,
tәkbaşına ağlayardın.
Ağlayardın onda, qardaş,
başdaşına ağlayardın...
Sәn böyüdükcә böyüyәrdi
ayağına dәyәn daş,
anan lәnәt deyәn daş...
Ayağına dәyәn daşı
qarğıma, süzmә acıqla...
Hamı namәrd deyәn daşı
öpüb, öpüb qucaqla.
O, sәnin başdaşındı...
Gün gәlәcәk,
o daşı yad edәcәk.
Qәbrini ziyarәt edib,
hamı çıxıb gedәcәk.
Sәninlә gecә-gündüz
86