Page 78 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 78
Zakir F XRİ Zakir FAKHRI
BU TƏNHA GECƏLƏR
Bu tәnha gecәlәr, yalqız gecәlәr
Hardasa, hardasa qәrib gözlәrdә
Ay işığı qәrib-qәrib içilәr.
Gözlәrindәn uzaqlaşar doğma yurd,
Göyün üzü qәrib-qәrib kiçilәr.
Bir qәrib ürәyin artar qubarı,
Kәdәr ağacının meyvәsi dәyәr.
Qarışıb kiminsә giley-güzarı
Tәnha gecәlәrdә, hey tüstülәyәr...
Bu tәnha gecәlәr, yalqız gecәlәr
Gündüzün acısı gözündәn keçәr...
Ocağından keçәr, közündәn keçәr,
Keçәr taqәtindәn, keçәr heyindәn,
Keçәr torpağından, keçәr göyündәn,
Umudun, gümanın düşәr tüstüyә.
Gözlәrin ovuşa-ovuşa qalar.
Ruhun düşәr bir dözülmәz istiyә,
Sәninki bir mәlәk yağışa qalar...
Könlünün xatirә qәbristanında
Ölmüş xatirәlәr dirilәr gecә...
Körpә uşaqlığın xatirәlәrdә
Boy atıb irilәr, irilәr gecә...
Bu tәnha gecәlәr, yalqız gecәlәr
Şeytanın dizini qatlaya bilsәn...
... Bu taydan o taya adlaya bilsәn...
78