Page 80 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 80

Zakir F XRİ   Zakir FAKHRI




                   ...Köksündә gizlәnib açmayan gülün
                   Tumurcuğu olub çatlaya bilsәn,
                   Bir soyuq baxışın, solğun baxışın
                   Sönmüş umuduna köz ola bilsәn...

                   Dünya işığına hәsrәt gözlәrә
                   Bir işıq dolusu göz ola bilsәn.
                   Ulduz işığında, ay işığında
                   Tәpәdәn dırnağa durula bilsәn,
                   O qıza bir daha vurula bilsәn...
                   Güllünün boynuna sarıla bilsәn...


                   Bu tәnha gecәlәr, yalqız gecәlәr
                   Sәn ay işığından keçib gedәrsәn.
                   Gedәrsәn, gedәrsәn ağ yollar boyu.
                   Hamının gözündәn köçüb gedәrsәn,
                   Gedәrsәn, gedәrsәn suallar boyu...


                   Bir qәrib ürәyin artar qubarı,
                   Kәdәr ağacının meyvәsi dәyәr...
                   Qarışıb kiminsә giley-güzarı
                   Tәnha gecәlәrә, hey tüstülәyәr...














               80
   75   76   77   78   79   80   81   82   83   84   85