Page 34 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 34

Zakir F XRİ   Zakir FAKHRI




                       O AĞLAYAN KİMDİ ELƏ?


                           O ağlayan kimdi elә?
                           Ağlaya-ağlaya gülür...
                           Sinәsini qan aparır,
                           Yarasının düymәsini
                           Bağlaya-bağlaya gülür...

                           Ocağı kül, közü gülәn...
                           İçi yanıb, üzü gülәn,
                           Göz yaşında gözü gülәn
                           O ağlayan kimdi elә?


                           Sığınıb qәrib dağlara,
                           Batıb qalıb uzaqlara.
                           Qısılıb ötәn çağlara
                           O ağlayan kimdi elә?


                           Baxıb şәkli düşәn daşa,
                           Göydә süzәn tәnha quşa...
                           Uşaqlığıyla baş-başa
                           O ağlayan kimdi elә?


                           Dayanıb yolayrıcında,
                           Gözünün yaşı ovcunda.
                           Son Söz dilinin ucunda
                           O ağlayan kimdi elә?





               34
   29   30   31   32   33   34   35   36   37   38   39