Page 30 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 30

Zakir F XRİ   Zakir FAKHRI













                TUT ƏLİMDƏN, YOLLAR, MƏNİM!


                           Mәni yolundan elәdi...
                           Dağlar da durdu qәsdimә.
                           Qәlbimdәn bir zәrrә dәrdi,
                           Götürüb atdım üstünә.
                           Əridi dağlar, әridi...
                           Köz-köz üstümә yeridi...


                           Hәr şey adamı aldadır,
                           Acı zәhәr dә bal dadır...
                           Tut әlimdәn, yollar, mәnim,
                           Bir gör ruhum nә haldadır...


                           Düşüb gümanda azıram,
                           Batıb dumanda azıram...
                           Bir kor zamanda azıram,
                           Tut әlimdәn, yollar, mәnim!













               30
   25   26   27   28   29   30   31   32   33   34   35