Page 190 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 190
Zakir F XRİ Zakir FAKHRI
QƏZƏNFƏRİN
QƏBRİ ÖNÜNDƏ...
Qәbrin üstә
başdaşının önündә
sәni anıram...
Bürkülü yay günündә
qara mәrmәrdәn boylanan
baxışında yara, gözündә yara...
Çoxdandı gәlә bilmirәm,
yoluxammıram qәbir evini.
Ruhunun yanında
üzüm dә qaradı, sözüm dә qara...
Salam, Qara Qәzәnfәr!
Salam, ey әr oğlu әr!
Sәn qoyub gedәn dünyadı.
Əzab-әziyyәtlәrindәn
sәn doyub gedәn dünyadı.
Heç nә, heç nә dәyişmәyib.
Göydәn üç alma düşmәyib...
Lap nә qәdәr
bәrkdәn-boşdan çıxsan da,
polad kimi bәrkisәn dә.
190