Page 186 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 186

Zakir F XRİ   Zakir FAKHRI











                        Ürәyimdә neçә çat,
                        xatirәmdә saatbasaat
                        dolaşan nurlu üzün
                        vә bir dә
                        yetim qoyub getdiyin
                        qәrib bir umud.
                        Şeir yaza bilmirәm adına.
                        Sәni xatırlayanda,
                        xatırlayıb yazmaq istәyәndә
                        ürәyim bәrk ağrıyır.
                        Sancı-sancı doğrayır
                        ürәyimi yoxluğun.
                        Neçә kәrә
                        qoşulub o namәrd cığıra,
                        adını çağıra-çağıra
                        mәzarına gәlirәm –
                        kimsәylә bölә bilmәdiyim
                        dünәnli, bu günlü dәrdlәrimi
                        kirimişcә
                        o kirimiş başdaşınla
                        bölürәm.









               186
   181   182   183   184   185   186   187   188   189   190   191