Page 176 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 176

Zakir F XRİ   Zakir FAKHRI




                         PAYIZ GƏLİR, ƏZİZİM


                           Payız gәlir, әzizim,
                           әsl payız.
                           Birazdan
                            saralmış yarpaqlar
                               tökülәcәk torpağa –
                           bir-bir qopub payızdan.


                           Üşüyәcәk barmaqlarımız
                           soyuqdan, ayazdan.
                           Külәklәrin
                           havada uçurtduğu
                            qızılı yarpaqlara
                               bürünәcәk payız.


                           Bir qızıl ilan kimi
                           tindәn-tinә burulub,
                              döngәdәn-döngәyә
                                  sürünәcәk payız.


                           Öz qızılı rәngiylә
                           hardan baxsan,
                           görünәcәk payız.
                           Vә yavaş-yavaş
                           yarpaq-yarpaq
                             qışın dümağ divarına
                               hörülәcәk payız…



               176
   171   172   173   174   175   176   177   178   179   180   181