Page 180 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 180
Zakir F XRİ Zakir FAKHRI
QARA TORPAQ,
MUĞAYAT OL ANAMDAN
… Yükünü çәkәmmәdim,
Arzusunda bünövrәsini qoyduğu
evini tikәmmәdim.
…Dumanlı köçdәn ayrılıb,
ocağı başında yanammadım.
İşıq olub gözlәrinә qonammadım,
Qara torpaq, muğayat ol anamdan.
Qulaq asmadım
xeyirxah dualarındakı
yalvarışlara.
Damar-damar qәmә dönüb,
çökdüm alnındakı qırışlara.
Xәbәr tutammadım düşәndә xәstә,
Saxlaya bilmәdim gözümün üstә,
Qara torpaq, muğayat ol anamdan.
180