Page 178 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 178
Zakir F XRİ Zakir FAKHRI
SON GÜNÜN NƏĞMƏSİ
Günlәrin bir günü
bulanıq görәrsәn
saf sulu gördüyün
bulaqların gözünü.
Bulanıq sularda
arayıb axtararsan,
görәrsәn özünü.
Dostdan, tanışdan, yaddan,
bir sevgili addan
son kәrә ayrılıb
qayıdarsan özünә.
Qayıdarsan
layla-layla boy atdığın,
gecәlәr “inqa” sәsiylә
ananı oyatdığın
beşiyin gözünә.
Qayıdarsan isti bәlәyә.
Vә yenә
dolanarsan ocaq başını
imәklәyә-imәklәyә.
178