Page 174 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 174

Zakir F XRİ   Zakir FAKHRI




                     Çiynimdәn yüklәri atdım,
                     Hey üzdüm üzü axına…
                     Addım-addım gәlib çatdım,
                     Bir az da gәldim yaxına…

                     Doğmalarım döndü yada,
                     Evim oldu qәrib ada…
                     Dolaşıb payi-piyada,
                     Bir az da gәldim yaxına…

                     İçim yalan, çölüm yalan,
                     Bu daş dәrddәn ölüm yalan.
                     Çat verdi tikdiyin qalan,
                     Bir az da gәldim yaxına…

                     Gözlәrimi bağla, Tanrım,
                     Adәm olan bağlamasın…
                     Ağla mәni, ağla, Tanrım,
                     Mәni bәndә ağlamasın…




















               174
   169   170   171   172   173   174   175   176   177   178   179