Page 172 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 172

Zakir F XRİ   Zakir FAKHRI









                   BİR AZ DA GƏLDİM YAXINA…


                     Qopdum odumdan, közümdәn,
                     Əllәrim qopdu dizimdәn.
                     Bir az da qopdum özümdәn,
                     Bir az da gәldim yaxına…


                     Keçdim ilanlı yolları,
                     Daşlı, tikanlı yolları,
                     Bazar-dükanlı yolları…
                     Bir az da gәldim yaxına…


                     Bir az da qaçdım tamahdan,
                     Nәfslә çәkdiyim ahdan…
                     Qurtuldum bir az günahdan,
                     Bir az da gәldim yaxına…


                     Aldandım dilә, dilçәyә,
                     Qoca nәfsә – ağbirçәyә!
                     Üz çevirdim gül-çiçәyә,
                     Bir az da gәldim yaxına…

                     Dünya şirә, şirәlәndim,
                     Hәr pәtәkdә girәlәndim.
                     Qәm xәlbirindә әlәndim,
                     Bir az da gәldim yaxına…


               172
   167   168   169   170   171   172   173   174   175   176   177