Page 164 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 164

Zakir F XRİ   Zakir FAKHRI








                     Ay ana, sәninçün ulduzdum, aydım,
                     Daşlaşmış mәzardan hay ver hayıma.
                     Yenidәn qayıdıb sahib olaydım
                     Beşikdә buğlanan layla payıma.


                     Eşidin, dostlarım, eşidin siz dә,
                     Xatirә yolları qar alıb, nәdir?
                     Nәdәn kök atdı kin ürәyinizdә,
                     Geniş ürәyiniz daralıb, nәdir?!


                     Xәyalım köç edir hey yanınıza,
                     Sizlәrdәn tәsәlli, pәnah umaram.
                     Göndәrib qәlbimi ünvanınıza,
                     İntizar gözümü rahat yumaram.


                     Kәpәzә bәnzәdi qarşımdakı dağ,
                     Ürәyimin başı göynәdi, Vәtәn.
                     Qürbәtdә gәzdiyim hәr qarış torpaq
                     Ayağım altında iynәdi, Vәtәn.
















               164
   159   160   161   162   163   164   165   166   167   168   169