Page 162 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 162
Zakir F XRİ Zakir FAKHRI
VƏTƏN
Kәpәzә bәnzәdi qarşımdakı dağ,
Ürәyimin başı göynәdi, Vәtәn.
Qürbәtdә gәzdiyim hәr qarış torpaq
Ayağım altında iynәdi, Vәtәn.
Bir durna qatarı keçdi gözümdәn,
Gözlәrim yollara dikili qaldı.
Qatar uzaqlaşdı, köçdü gözümdәn,
Yollar açılmadı, bükülü qaldı...
Dümağ cığırlarda itirәlәr ki,
Qoynuna apara o yollar mәni.
O vәtәnә bağlı xatirәlәr ki
İti xәncәr olub soyarlar mәni.
Yadıma düşәndә az qalır yanam,
Dağlarda al-yaşıl çarpayım qalıb.
Dünyadan çox erkәn köçübdür anam,
Bilmәyib, döşündә süd payım qalıb...
162