Page 166 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 166
Zakir F XRİ Zakir FAKHRI
* * *
Çırağan otelin hәyәtindә, Mәrmәrә sularının
sahili döyәclәyәn yerindә dayanıb, kirimişcә
Onun İstanbula tamaşa etdiyini xatırlayıram,
yol çәkәn gözlәrini xatırlayıram vә bәlkә dә,
ürәyinin çırpıntılarını dinlәyirdim, aydınca
eşidirdim onda...
İSTANBUL
İçindә
hansısa ötәn
bәxtәvәr günlәrdәn
mürgülü xatirәlәr
baş qaldırıb, oyanıb...
Mәrmәrәnin sahilindә
kirimişcә dayanıb...
Görәsәn,
ayrılıq nәğmәsimi
sularda sәs-küy salan
qağayıların nәğmәsi...
Daşlaşıb o, yerindәcә mıxlanıb...
Unudub nәfәs kәsәn bürkünü.
Aydınca eşidirәm
çat qәlbindәn
qopan türkünü...
166