Page 211 - "Kişi, qadın və çətir"
P. 211
z eləyir ki, gəl ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
və səni artıq növbətçi polis gözləyir
polis səni qoxulayır 211
şeylərini, fikirlərini yoxlayır
çantandakı nəyisə
Ukraynadan gətirilən bomba sanaraq
elə bilir ki, qorxulu əjdaha
sərhədi keçib

üç başıyla, üç diliylə
fışıldayan əjdaha
iri bədəni arxasında gizlədir
bütün qadağan olunmuş kitabları

qonşu qadın kimi iybilməsi yoxdu polisin
soruşur ki, sən canın
necə işə düşür bu bomba
niyə quyruğu belə uzundu
bu qorxulu əjdahanın?

qələbə meydanı...
damda odlu hərflər
“qələbə” sözünə sarılır
hamı yatanda

hərfləri tükəndiyindən
özünü itirmiş antennalar
günəbaxanlar kimi başlarını əyir
günəş üfüqdə batanda
günəş Minskdə batanda
   206   207   208   209   210   211   212   213   214   215   216