Page 213 - "Kişi, qadın və çətir"
P. 213
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
əlləri olmayan adam
göz yaşını silə bilmir 213
xoşbəxtdi onun göz yaşı
(çünki öldürən olmur)

əlləri olmayan birinə
“özünü ələ al”
necə deyəsən?
necə deyəsən ki, yapış, yıxılma –
necə, nəylə yapışsın axı?
sənin əllərin varsa, bəs onda
onun gözlərinə
gözlərin necə baxır?

əlsiz adam
gülür ələ baxıb fal açanlara
öncə gedin,
taleyin ovcundakı izləri
minaları gülümsəyən
çöllərdə kəşf edin
sonra isə söyləyin ona
necə istəyirdi janqlyor ola
qəlbinin ovcuna baxın, düşünün
(artıq dörddü onlar)

əlsiz adam
ayaqsız adamla
durub yanaşı
əlcək satır
   208   209   210   211   212   213   214   215   216   217   218