Page 216 - "Kişi, qadın və çətir"
P. 216
KİŞİ, QADIN VƏ ÇƏTİR

çünki qoxu səsdən güclüdü
onu göz qırpımından da tez məhv eləyir

həm də bir mərtəbə aşağıda
eşidilmir təyyarə meydanındakı səslərə
oxşayan
boşqabların cingiltisi bu an
hərçənd ər bu gün işdədi
çünki yenə başqasıyla yatıb
xəyanət güclüdü bağışlanmaqdan

216 borularda çağlayan
suların da səsi gəlmir
(sular həmişə çağlayır
həmişə həmişə həmişə)
belə ki vərdiş də səsdən güclüdü
səsi yedikcə ləzzət eləyir vərdişə
qafqazlı ailəsi siyənəkdən yeyib
həzz aldığı kimi

bütün bunları eşitməyim deyə
gözlərimi daha da sürətlə
qırpmağa başlayıram
mən heç yatmaq istəmirəm
sadəcə kar olmaq arzusundayam
   211   212   213   214   215   216   217   218   219   220   221