Page 210 - "Kişi, qadın və çətir"
P. 210
KİŞİ, QADIN VƏ ÇƏTİR
Minsk
metronun çıxışına tərəf əyilmiş ev
perrondakı qadağa xəttini keçən,
çayın o biri sahilinə baxmaqçün
üfüq xəttini keçən
şübhəli adamları güdür
210 tində aptek
kübarların yığışdığı qapalı klub
həyəcan siqnalıyla
“resept” sözünü qışqırır
sən
bu şəhərin mərkəzində itə bilərsən
əriyə bilərsən resepturasında
buyur, bu da fədakarlıq haqqın
xalq düşməni axtarışında
olan qonşu qadın
bu gəlmə adamın –
sutkalıq kirayə verilən mənzildəki kişinin
əlamətlərinə baxır
görünür, pis niyyəti var
bu qadının xarici siqaretlərə,
qadağan olunmuş kitablara,
Ukraynanınsa hər şeyinə qarşı
it kimi iybilmə qabiliyyəti var
metronun çıxışına tərəf əyilmiş ev
göz eləyir
Minsk
metronun çıxışına tərəf əyilmiş ev
perrondakı qadağa xəttini keçən,
çayın o biri sahilinə baxmaqçün
üfüq xəttini keçən
şübhəli adamları güdür
210 tində aptek
kübarların yığışdığı qapalı klub
həyəcan siqnalıyla
“resept” sözünü qışqırır
sən
bu şəhərin mərkəzində itə bilərsən
əriyə bilərsən resepturasında
buyur, bu da fədakarlıq haqqın
xalq düşməni axtarışında
olan qonşu qadın
bu gəlmə adamın –
sutkalıq kirayə verilən mənzildəki kişinin
əlamətlərinə baxır
görünür, pis niyyəti var
bu qadının xarici siqaretlərə,
qadağan olunmuş kitablara,
Ukraynanınsa hər şeyinə qarşı
it kimi iybilmə qabiliyyəti var
metronun çıxışına tərəf əyilmiş ev
göz eləyir