Page 205 - "Kişi, qadın və çətir"
P. 205
mək olmaz unutmaq ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Artıq güvənməyin yox 205
mənim hərəkətlərimə.
Yenə gileylənirsən,
üzünü turşudub deyirsən:
başım ağrıyır yaman,
gəl başqa vaxta saxlayaq bu işi.
Və divara sarı dönüb
dinməzcə yuxuya gedirsən məndən qabaq.
Belə çıxır ki, adi şeydir səninçün
mənim Kainatımı dağıtmaq.
Mən bu Kainatı
bircə ayda tikməmişdim axı, uçurasan.
Sənin xətrinə
ətirli çay dəmləməyi öyrəndim,
alışdım köynək ütüləməyə,
sevdiyin kitabları oxumağa girişdim,
qısqanclığım tutanda
dava da saldım hərdənbir
və bir çimdik istiot qatırdım
aramızdakı münasibətə.
Öyrəndim siyahı tutmağı,
görüləcək işləri sıraya düzməyi,
həkimə getməyi,
sevdiyin tamaşaları sevməyi
və indi mənə gərək olmayan
milyon-milyon başqa işləri görməyi.
Artıq güvənməyin yox 205
mənim hərəkətlərimə.
Yenə gileylənirsən,
üzünü turşudub deyirsən:
başım ağrıyır yaman,
gəl başqa vaxta saxlayaq bu işi.
Və divara sarı dönüb
dinməzcə yuxuya gedirsən məndən qabaq.
Belə çıxır ki, adi şeydir səninçün
mənim Kainatımı dağıtmaq.
Mən bu Kainatı
bircə ayda tikməmişdim axı, uçurasan.
Sənin xətrinə
ətirli çay dəmləməyi öyrəndim,
alışdım köynək ütüləməyə,
sevdiyin kitabları oxumağa girişdim,
qısqanclığım tutanda
dava da saldım hərdənbir
və bir çimdik istiot qatırdım
aramızdakı münasibətə.
Öyrəndim siyahı tutmağı,
görüləcək işləri sıraya düzməyi,
həkimə getməyi,
sevdiyin tamaşaları sevməyi
və indi mənə gərək olmayan
milyon-milyon başqa işləri görməyi.