Page 202 - "Kişi, qadın və çətir"
P. 202
KİŞİ, QADIN VƏ ÇƏTİR
202 bu, özünə yurd-yuva salmaqdı göylərdə
çalarlara bürünüb görünmək
yox olmaqdı birdən;
nəhəng halələrdə üzməkdi hərdən
bu həm də
ehmalca toxunmaq
və dinləmək anıdı
səslər, xışıltılar;
kainatın doğranması,
dalğalı, nöqtəli yerdəyişmələr başlayan an,
elastik və kəskin gedişlərin sərtliyi
mənasız
gərəksiz
sürəkli zaman
sevgi ağılda yaranır:
hamıya aşiqəm
və sevirəm yavaş-yavaş viran olmağı
sevgi – qeybin inanılmaz əlləridi:
şirin əzabın və xoşbəxtliyin
adamı çəkib aparan halələridi
o, xəritədə məkanın dərinliyi və ucalığıdı:
qırılmaz xətlər, sönən işarələr
dərimin üstünə yazılan şəhərin məzmunu və
sevgi
sevgi başımda gərilir:
öz bölgümü sevirəm
202 bu, özünə yurd-yuva salmaqdı göylərdə
çalarlara bürünüb görünmək
yox olmaqdı birdən;
nəhəng halələrdə üzməkdi hərdən
bu həm də
ehmalca toxunmaq
və dinləmək anıdı
səslər, xışıltılar;
kainatın doğranması,
dalğalı, nöqtəli yerdəyişmələr başlayan an,
elastik və kəskin gedişlərin sərtliyi
mənasız
gərəksiz
sürəkli zaman
sevgi ağılda yaranır:
hamıya aşiqəm
və sevirəm yavaş-yavaş viran olmağı
sevgi – qeybin inanılmaz əlləridi:
şirin əzabın və xoşbəxtliyin
adamı çəkib aparan halələridi
o, xəritədə məkanın dərinliyi və ucalığıdı:
qırılmaz xətlər, sönən işarələr
dərimin üstünə yazılan şəhərin məzmunu və
sevgi
sevgi başımda gərilir:
öz bölgümü sevirəm