Page 200 - "Kişi, qadın və çətir"
P. 200
KİŞİ, QADIN VƏ ÇƏTİR

200 Valideynlərim haqda

tərəvəz olsaydım
atam-anam qulluq edərdi mənə
buqələmun, iquan və ya hekon olsaydım
valideynlərim məni bəsləyərdilər yenə
mən isə onlara yaxşı oğul olardım

ağac olsaydım
bant bağlayacaqdılar budaqlarıma –
qız sanacaqdılar
qohum-qonşuya göstərəcəkdilər məni
onlarsa paxıllıq edəcək, qısqanacaqdılar:
ah! nə gözəl qız-ağacınız var
valideynlərimsə qürurlanacaqdılar

birotaqlı mənzil olsaydım
atam anam yaxşı mebel alardı mənə
döşəməmi, pəncərəmi silərdilər
içimdə mənə bənzəməyən
o biri uşaqlarını böyüdüb-bəslərdilər

əgər leş milçəyi olsaydım
valideynlərim həyatımı yadlardan qoruyardı
ən yaxşı çürüntüylə bəsləyərdilər –
doyardım
   195   196   197   198   199   200   201   202   203   204   205