Page 206 - "Kişi, qadın və çətir"
P. 206
KİŞİ, QADIN VƏ ÇƏTİR

206 Bir ilin içində
iri hərflərlə sadə bir düstur yazdım beynimə:
“Sevmək olmaz unutmaq”.
Durğu işarələrini axıra saxladım –
bu tarixçənin lap axırına.

Bax indi
axırı yetişib deyəsən.
Deyəsən, gecədir pəncərənin o üzündə –
İstanbul təyyarəsi öz işıqlarıyla səmada
süzür...
Mənsə aralarında uçurum olan
bir neçə məchullu tənliyi
beynimdə fırladıram təkrar-təkrar.
Dünyada ən çox bilmək istəmədiyim şey də
durğu işarələrini yerinə qoymaqdır.

Olur (olmur)

Bərk sərxoş idim –
sənə nifrət etdiyimi söyləyəndə.
Doğrusunu deyirdim –
valideynlərinin dözülməz olduğunu deyəndə.
Deyəndə ki, bağışla –
gərək belə başa düşəydin:
insanların hərdən axmaq işlər də tutduğunu
özün yaxşı bilirsən.
   201   202   203   204   205   206   207   208   209   210   211