Page 871 - antologiya - poeziya_175x250_Layout 1
P. 871

Èña Höseynov


                Cavanların xoşbәxtliyi üçün “bәqәdri qüvvә” “azdan-çoxdan bir iş”
            görә bilәndә, Şәppәli ürәyindә indiyә qәdәr duymadığı hisslәr duyurdu. Bu
            hisslәrdәn bәzәn kövrәlib gizlincә gözlәrini silirdi. Bәzәn isә hisslәrini
            bölüşmәk üçün adam axtarırdı. Tapmayanda әlacsız qalıb üzünü şәrti dosta
            tuturdu:
                – Bәri bax, a Mursaqulu, bilirsәnmi nә fikirlәşirәm?.. Ailә, oğul, uşaq,
            hamısı yalan söhbәtdir. İnsan insana yaxşılıq eliyәndә, baxırsan ki, lap yadın
            yadı da gәlib sәnnәn dost-doğmaca canbir qәlbdә oğul-uşaq olur! Mәsәlәn,
            Zemfira bala mәnim nәyimdi? Heç nәyim! Amma di gәl sәn mәhәbbәtә
            bax!..
                Şәrti dostun “hә”, “hm” – qeyri-müәyyәn mızıltılarından bezikәndә,
            vaxt tapıb Pәricahan arvadın yanına gedirdi.
                – Bizim Mursaquluya söz danışanacan bir kor quyuya danışasan! –
            deyib söhbәti burda tәzәlәyirdi: – Mәnim әqidәm belәdir ki, Pәricahan,  295
            insan insana pasiban olmalıdır. Onda hәyat bal dadır, Pәricahan! – deyirdi.
                Bu hisslәrini Bakıda Mәmmәnin özü ilә dә bölüşürdü:
                – Sәn yaxşı yol tutubsan, sәnә qurban olum. Bu qәdәr ki, sәn yaxşılıq
            elәyirsәn adamlara, mәktubla üstünә göndәrdiklәrimin hamısını ki, belә can-
            dildәn çalışıb, sağaldıb qaytarırsan, bir vaxt gözünü açıb görәcәksәn, bütün
            el-oba, hamı sәnin can-ciyәrindi! Özgә nә lazımdı insana, hә?! Düz
            demirәmmi, a qurban olum?..
                Şәppәli belә danışanda, qәribә idi ki, şәrti dost kimi Mәmmә dә
            susurdu. Yalnız hәrdәn, Şәppәli “düz demirәmmi?” – deyә tәkidlә xәbәr
            alanda Mәmmә sakitcә gülümsәyib tәsdiq edirdi vә bu vaxt kişi özünü
            saxlaya bilmәyib onu qucaqlayırdı. “Mәnim doktorum! Mәnim balam!
            Gözümün işığı!..” Nәhayәt, Mәmmәni dә kövrәltdiyini görәndә daha
            dözmәyib yaxasından әl çәkirdi...
                Bu gün onlar bu hisslәrdәn uzaqdılar. Birisi divanda, o birisi kürsüdә
            oturub mәtbәxә qәdәr hәr yerin pәncәrәlәrinin taybatay açıldığına baxma-
            yaraq, havası tәrpәnmәyәn mәnzildә “tәmizlik”, “lәkәlilik” haqqında düşü -
            nür dülәr. Mәmmәnin susqunluğu, yorğun vә qapalı görkәmi getdikcә
            Şәp pәlini daha çox qorxudurdu. Mәmmәdәn pis cavab, Mursaqulunun sovxo -
            za apardığı xәbәrә uyğun bir bәd kәlmә eşitsә, bütün hәyatının birdәn
            mәnasızlaşacağını, “Mәmmә” adlı işıqlı dünyasının qaralacağını fikirlәş -
            dikcә Şәppәlinin sәsi titrәyirdi.
                – Atan rәhmәtlik, bәdbәxt Oruc o boyda sovxoz yaratdı. Fәhlәlәrnәn
            bәrabәr, toz-torpağın, palçığın içindә tütün şitili әkә-әkә, on-on iki sırxananı
            böyük sovxoza çevirdi, dördcә yüz qoyunu gәtirib iyirmi minә çatdırdı.
            Dәlәduz, yırtıcı köpәk uşaqları dolaşdırıb gudaza vermәsәydilәr, mәn
   866   867   868   869   870   871   872   873   874   875   876