Page 873 - antologiya - poeziya_175x250_Layout 1
P. 873
Èña Höseynov
danışmışam. Rayondan da yox, birbaş Bakıdan kәmisә çağırdılar, kağız-
kuğazı, nә vardı, hamısını surğucladılar. Mursaquluyla biz sonra bildik ki,
kәmis yәdәkilәr o dәlәduzların öz adamlarıymış. Surğucladılar, sonra da
alәmi elә qarışdırdılar, nәinki Mursaqulu, heç fәlәk dә baş açmazdı. Bircә
milyonu qoydular Orucun belinә, hamı da dedi ki, yeyib, dağıdıb, cana -
varıymış, yırtıcıymış. Rәhmәtә gedәn günәcәn mәktubu uc-uca calayırdı ki,
qayıdıb düzlüyümü sübuta yetirәcәm, adımı-sanımı qaytaracam!.. Orucun
bircә dәrdi vardı, o da sәn idin, sәnә qurban olum, qor xurdu ki, atayın başına
gәtirilәnlәri fikirlәşib sınar san, әyri yola gedәrsәn. Mәktubun әvvәlindә dә
yazırdı: “Mәm mә әmanәti!”, axırında da yazırdı: “Mәmmә әmanә ti!”
“Mәmmәnin ürәyini qoruyun!” – deyirdi. Heyif, gö r mәdi! Mәmmәsinin nә
tәhәr şәfalı, şöhrәtli doktor oldu ğunu heç olmasa eşitmәdi dә bәdbәxt Oruc!
Ancaq Orucun ruhu hәr şeyi görür! Görür, Mәmmә! Başını qaldır, üzümә
bax, deynәn eşitdiyin yalandır, Mәdәd dayı. Mursaqulunun dediyi yalandır!.. 297
Mәn bilirәm, әlbәttә yalan olmağına yalan dı. Mәn bilmәk istәyirәm, görüm
sәni doğrudanmı çıxardıb lar işdәn, çıxardıblarsa, nәyin üstә? Mәn gәrәk
öyrәnim, hәr şeyi yerli-yataqlı bilim ki, gedim sovxozda camaatı yığım
danışım, sәnin işıqlı adıyın üstә kölgә düşmәsin...
Mәmmә dillәnmirdi.
– Görürәm, olmağına nәsә olub, Zemfira bala gözüyaşlı getdi... Özün
dә belә susqun, elә bil heç o Mәmmә deyilsәn... – Şәppәli yenidәn başlayıb,
kim bilir hәlә nә qәdәr danışacaqdı. Birdәn burnuna pis qoxu dәydi.
Pәncәrәlәrin arxasında çinarların yarpaqları xışıldadı, mәnzildә hava
tәrpәndi vә dәrhal, sәhәrdәn çamadanda qalmış әtin qoxusu içәri yayıldı.
Şәppәli Mәmmәdәn eşidә bilәcәyi qorxunc cavabı bir az da lәngitmәyә
fürsәt tapmış kimi, tez qalxıb, bayaqdan dәhlizә atılıb qalmış çamadanı
mәtbәxә apardı, tәxminәn iyirmi kiloluq cәmdәyin tamam göyәrib zay
olduğunu görәndә, bu onda heç bir tәәssüf doğurmadı. Bu saat özünün
sovxozdakı tәkotaqlı mәnzilindәki “var-yoxdan” da, son bir neçә ildә
“Mәmmәnin istirahәti üçün” әkib-becәrdiyi bağ-bağçadan da, “Mәmmәnin
xeyir işi üçün” bәslәdiyi erkәklәrdәn dә, qısası, dünya malı adlanan hәr
şeydәn keçәrdi, tәki Mәmmә “Mursaqulunun dediyi Mәmmә olmayaydı!”.
O, mәlәfәyә bükülü cәmdәyi çiyninә atıb hәyәtә düşdü, evin meydan
vә kafe tәrәfindәki gur işığın, tәmizliyin әksinә, yarımqaranlıq, çirkli
hәyәtdә gözünü әtrafına dolandırdı ki, münasib yer tapıb cәmdәyi atsın.
Burda, heç gözlәnilmәdәn, Şәppәlinin başına bir iş gәldi.
O, cәmdәyi zibil yeşiyinә atanda, birdәn nәhәng bir qadın peyda oldu.
– Kişi! Bu nәdir atdığın, nә pis iy verir!