Page 818 - antologiya - poeziya_175x250_Layout 1
P. 818

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                           Tәbrik teleqramı


                                әbi çoxdan yatağa girsә dә yuxulamamışdı. Sayını itirmişdi,
                                axşamdan bәri neçәnci dәfә idi ki, vurduğu teleqramın
                        Cәzbәrdәn bildiyi sözlәrini dönә-dönә ürәyindә tәkrar elәyirdi
                    vә özündәn çox razı idi ki, bu bәlağәtli sözlәri seçib mirvari dәnәlәri kimi
                    yazmışdı tәbrik teleqramına.
                        “Sәhәr-sәhәr Xәlfә Hatәmzadә evdәn çıxmamış poçtalyon Nәcәf kişi
                    teleqramı aparıb verәcәk ona, oxuyub feyzyab olacaq... Bu onun aldığı ilk
                    tәbrik teleqramı olacaq, birinci teleqram yaddan çıxmır. Nә ağıllı iş görüb
                    teleqramı raykoma yox, Xәlfә Hatәmzadәnin evinә göndәrmişәm.
                    Raykomda mәni istәmәyәn bir xәbisin әlinә düşәrdi. Mәnimkini basardı o
              242   biri teleqramların altına, elә tәsiri olmazdı”.
                        Cәbi srağagün yoldaşlarından eşidәndә ki, birinci katib Xәlfә
                    Hatәmzadә plenumqabağı Bakıda yerini bәrkidib qayıdıb rayona, bu seçkidә
                    dә ona zaval yoxdu, ümidlәri alt-üst oldu. Cәbi belә yәqin elәmişdi ki, Xәlfә
                    Hatәmzadә rayonlarında çoxdan işlәyir, bu dәfә onu başqa rayona apararlar,
                    yerinә ayrısı gәlәr, tәzә adamla dil tapıb işini düzәldәr, tәsәlli tapmışdı.
                        Ötәn gün Xәlfә Hatәmzadә yerindә qalacağını eşidәn Cәbi mәyus olub
                    o gecәni dә belәcә obaşdanacan oyaq qalmışdı. Fikir götürmüşdü onu,
                    demәk indәn belә bir il dә mәngәnәdә sıxılacaqdı vә yenә dә qalacaqdı
                    rayon mәrkәzi ilә Buludlu kәndi arasında. Hәr gün o baş, bu başlı otuz üç
                    kilometrlik yolu gedib geri qayıtmaq onu tәngә gәtirmişdi.
                        Yaxında bişirilәn kabab iyinә tamsınan ac adam kimi Cәbi ötәn firavan
                    günlәrinin hәsrәtilә köks ötürdü. Bir vaxt vardı ki, rayonda sayılan, böyük
                    yığıncaqlarda rәyasәt heyәtindә Xәlfә Hatәmzadәnin sağında, solunda
                    әylәşәn on-on beş kişidәn biriydi. Rayonda maarifә başçılıq edirdi.
                        Ötәn payız  bir axşam cavan bir müәllimin toy mәc li sindә keflәnib
                    artıq-әskik nәsә demişdi. Mәclis dәkilәrdәn kimsә onun sözlәrinin üstünә
                    beş-altısını da qoyub sәhәr aparıb yazmışdı birinci katibin ovcuna. Xәlfә
                    Hatәmzadә bәrk qәzәblәnib demişdi ki, Cәbi Dәrvişov yaman harınlayıb,
                    bәsdi, ona yerini “göstәrmәk mәqamı yetişib”. Birinci katibin bu sözündәn
                    sonra Cәbini şöbә müdir liyindәn çıxarıb, rayonun ucqar kәndlәrindәn birinә
                    adi әdәbiyyat müәllimi göndәrmişdilәr. Özü dә yarımştat ma aşla. O vaxtdan
                    Cәbi boynubükülü qapı dalında qalmışdı.
                        Rayonlarına gәlәn neçә birinci katibin dövründә hәmişә göz qabağında
                    olmağa alışan Cәbi indi kәnara atılmasını özünә ağır dәrd elәmişdi. Daha
                    dözә bilmirdi, hiss elәyirdi ki, bu fikir, bu xiffәt tez-gec axırına çıxacaq,
   813   814   815   816   817   818   819   820   821   822   823