Page 814 - antologiya - poeziya_175x250_Layout 1
P. 814

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    Vәtәnim haqqında fikirlәşirdim, çünki vәtәn şәrti coğrafi territoriya deyil,
                    bu insan idrakı ilә ürәyin ayrılmaz vәhdәtidir. Vәtәndәn ayrılmaq, vәtәni
                    unutmaq bu mümkün olan şey deyil. Vәtәn sәnin nәfәsindә, ürәyindәdir.
                    Yalnız hәyatın qurtaranda, kәsilәndә o sәninlә ölә bilәr.
                        Müsahibim nәfәsini dәrdi, şampan butulkasını kraxmallı salfetlә
                    bürüyüb qәdәhlәrә şәrab süzmәyә başladı.
                        – Bilirsinizmi, Hollandiyada becәrilәn qızıl lalәlәrin toxumu
                    haradandır?
                        Butulkanı süfrәnin üstünә qoydu. Çatma qaşları yuxarı dartıldı,
                    dinmәzcә üzümә baxdı.
                        – İndi bütün dünyada mәşhur olan Hollandiya qızıl lalәlәrinin toxumu
                    Azәrbaycandadır. Bu toxumları ora keçәn әsrdә sovqat göndәriblәr.
                        – Çox qәribәdir. Burasını bilmirdim.
              238       – Belәdir, dost,  Azәrbaycan da çiçәklәr ölkәsidir. Siz  Tokiodan,
                    Parisdәn, Çikaqodan danışırsınız. Mәn o şәhәrlәri görmәmişәm. Ancaq
                    mәnim üçün Azәrbaycan o yerlәrin hamısından gözәldir. Ona görә ki, o
                    mәnimdir. Deyirsiniz ki, atanız Şuşadandı, heç bilirsiniz Şuşa necә gözәldir?
                    Burada lalә becәrmirlәr. Ancaq bir dә görürsәn ki, yamaclar, dağların döşü
                    göz işlәdikcә qızıl lalәdir. Baxırsan, gözün qamaşır. Mәnә elә gәlir ki, tәbiәt
                    dünyanın bütün şux rәnglәrini, gözәlliklәrini bu şәhәrdә cәmlәşdirib.
                    Şuşanın havası vә suyu o qәdәr şәffaf, otları o qәdәr şux, lalәlәri o qәdәr
                    al-qırmızı, günәşi o qәdәr parlaqdır ki... Mәncә, şuşalıyam deyib, Şuşanı
                    görmәmәk qәbahәtdir.
                        – Әlbәttә, getmәk, görmәk lazımdır.
                        – Bilirsiniz, bu torpağın bir xüsusiyyәti dә var. Azәrbaycanın bütün
                    mәşhur müğәnnilәri Şuşadandır. Şuşalılar uşaqdan-böyüyә hamısı musiqi
                    pәrәstişkarıdır. Hamı da nәfәslidir, gözәl sәslәri olur. Nәdәndir bu? Bәlkә,
                    suyunda, ya havasında bir hikmәt var, ya torpağında...
                        Tәzә tanışım gülümsәdi:
                        – Atam da oxuyardı hәmişә bir mahnı oxuyardı. Biz onun dilini
                    bilmirdik. Onun mahnısı hәlә dә qulağımda sәslәnir, ancaq yada sala
                    bilmirәm. Çünki bu mahnının ahәngi bizim mahnıların ahәngindәn tamam
                    fәrqlәnirdi. Özü dә qanıqara, kәdәrli olanda oxuyardı. Onun mahnısında nә
                    isә vüsala çatmayan, qırıq bir mәhәbbәt tәşnәsi vardı.
                        Ata vәtәni qorumaq üçün vuruşmuşdu. Oğul isә onun doğma diyarı
                    olan mәhәbbәtini hansı bir nәğmәdәsә yaddaşının dәrinliklәrindә qoruyub-
                    saxlamışdı.
                        O nә isә xatırlamış kimi gülümsәdi:
   809   810   811   812   813   814   815   816   817   818   819