Page 812 - antologiya - poeziya_175x250_Layout 1
P. 812

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Müharibә çoxlarını vәtәnsiz qoydu.
                        O, rus dilindә sәlis danışsa da, eston lәhcәsi aydın hiss olunurdu.
                        – Sizdәn bir xahişim var.
                        – Buyurun.
                        – İcazә versәydiniz, görüşәrdik.
                        – İcazә verirәm. Ancaq әvvәlcәdәn deyim ki, mәn cavan deyilәm.
                    Qorxuram sonradan peşman olasınız.
                        Yenә güldü:
                        – Mәn dә cavan deyilәm.
                        – Neçә yaşınız olar?
                        – Otuz.
                        – Hm. Mәn isә tәxminәn iki dәfә sizdәn böyüyәm.
                        – Dәxli yoxdur. Siz doxsan yaşım var desәniz dә, mәn sizinlә görüşdәn
              236   imtina etmәrәm.
                        – Yaxşı. Razılaşdıq.
                        – Sabah axşam saat 6-da “Qızıl lövbәr” restoranında.
                        Gözlәyirdim ki, indi mәni evә dәvәt edәcәk. Unut muşdum ki, bu gözәl
                    adәt indi bizim qoca Qafqaz dağ larından o üzdә qalıb. Yaxşı ki, zirvәlәr
                    ucadır. Onlar zamanın dәli külәklәrinin qarşısını kәsdiyi kimi, bir çox gözәl
                    adәt vә әnәnәlәri dә özündә qoruyub saxlaya bilir.
                        Ertәsi gün “Qızıl lövbәr” restoranında görüşdük. Divarlarında “Qoca
                    Tomasın” zirehli-qalxanlı әksi hәkk olunmuş alatoran restoranda adam çox
                    olsa da sakitlikdi. Stolların çoxunda iki-iki oturmuşdular. Cavanlar sanki
                    bir-birilәrilә göz-qaşla söhbәt edirdilәr, tez-tez şәrab qәdәhlәrinin cingiltisi
                    eşidilirdi. Bizim yerlәrdә bu qәdәr adam bir salona yığışanda sәs-küydәn
                    ağız deyәni qulaq eşitmәz.
                        Stolların üstündә yanan şamların zәif işığında salonu nәzәrdәn
                    keçirdim.
                        Sağ tәrәfdә pәncәrә qarşısında oturan cavan oğlan papirosunu
                    külqabıya basıb söndürdü, cәld yerindәn qalxıb mәnә tәrәf gәldi.
                        Qarşımda ucaboylu, enlikürәk, qaraqaş, qaragöz, şәvә saçları
                    çiyinlәrinә axıb tökülәn yaraşıqlı bir cavan dur muşdu. Ona qәtiyyәn otuz
                    yaş vermәk olmazdı. Cavan oğlan ayaqlarını cütlәyib qarşımda baş әydi: –
                    Sәhv etmirәmsә, Bakıdan gәlәn qanağımızsınız?
                        – Sәhv etmirsiniz.
                        Adımı söylәdim. O da adını tәkrar etdi: – Ab-ba-sov İm-ran.
                        Adı, yәqin ki, İmran idi. Lakin vurğunu birinci hecaya saldığından adi
                    azәrbaycanlı adı onun dilindә qәribә sәslәndi.
   807   808   809   810   811   812   813   814   815   816   817