Page 815 - antologiya - poeziya_175x250_Layout 1
P. 815

ßlÿviyyÿ Babayeva


                – Xaricdә olanda çox zaman soruşurlar ki, haradan sınız, hansı millәtin
            nümayәndәsisiniz? Deyirәm, azәr baycanlıyam.
                Azәrbaycanlıyam deyirdi. Әcәb! Estonlar onu azәrbaycanlı bilirdilәr,
            azәrbaycanlılar isә eston.
                Vaxt gәlәcәk, o bunu hiss edәcәk... Ata vәtәndәn ayrı düşmüşdü,
            doğma yerlәrә olan mәhәbbәtini heç olmasa doğma nәğmәlәrdә tapırdı,
            oğlunun isә nә vәtәni, nә nәğmәsi vardı.
                – Üç ildir vәfat edәni. Ölümündәn  dörd-beş ay әvvәl Bakıya getmişdi.
            Xәstә olduğundan Şuşaya getmәyinә hәkim icazә vermәyibmiş. Gәlәndәn
            sonra da heç göz açmadı. Tapşırmışdı ki, qәbrimin üstә bir ovuc vәtәn
            torpağı sәpәrsiniz.
                Müsahibim fikrә getdi.
                Hәyәtә açılan qapıdan günәş şüaları süzülürdü. Tallindә ilin bu vaxtı
            axşam çox gec düşür.                                                   239
                Kimsә qapını çırpdı. Elә bil günәş içәridә qalmaqdan qorxub tez çölә
            qaçdı. Müsahibim yuxudan oyanmış kimi dikәldi. Hündür büllur qәdәhlәrә
            azca şәrab süzdü. Şәrabın sarı köpüyündәn gözünü çәkmәdәn qәdәhi
            qaldırdı.
                – Sizin sağlığınıza, tanışlıq naminә.
                – Tәşәkkür. Bakıda, Şuşada görüşmәk şәrәfinә.
                – Şәrqlisiniz, әsl şәrqli! Şәrqlilәrdә doğmalıq hissi qüvvәtli olur.
            Doğmanı heç vәchlә itirmәk istәmirlәr, itirmәkdәn qorxurlar.
                – Elәmi? Bunu yalnız şәrqlilәrә mәxsus hiss sayırsız?.. Tәsәvvür edin
            ki, qatardasınız. Çölә tamaşa edirsiniz. Birdәn görürsünüz ki, birisi qatardan
            aşdı. Tәpәcikdәn diyirlәnә-diyirlәnә yıxıldı. Nә edirsiniz?
                Müsahibim çiyinlәrini çәkdi:
                – Mәnmi?
                – Yox, ümumiyyәtlә, soruşuram.
                – Şübhәsiz hәrә bir cür müdaxilә edәr. Biri çığırar, biri haray çәkәr...
                – Biri dә stop kranı çәkib qatarı saxlar... Saxlar ki, yıxılana әl uzatsın.
                Müsahibim gülümsәdi, zarafata keçdi.
                – Bәlkә, yıxılan heç sәnin әlini tutmaq istәmir.
                – Axı gәrәk uzadasan ki, bilәsәn tutmaq istәyir, ya istәmir. Bunun üçün
            şәrqli, ya qәrbli olmağın dәxli yoxdur. Gәrәk insan olasan.
                – Elәdir, gәrәk insan olasan, hәr şeydәn әvvәl insan olasan!
                Sükut müsahibәyә müdaxilә etdi. Qәdәhә süzülәn şәrabın köpüyü
            xışıldadı.
                – Onun vәsiyyәtini yerinә yetirdinizmi?
                – Kimin? Hә, atamı deyirsiniz?
   810   811   812   813   814   815   816   817   818   819   820