Page 813 - antologiya - poeziya_175x250_Layout 1
P. 813
ßlÿviyyÿ Babayeva
Qabaq-qabağa oturduq. Ümumi ahәngi pozmamaq üçün demәk olar
ki, pıçıltı ilә danışırdıq. Ancaq yenә sәsimiz әtrafda oturanların diqqәtini
cәlb edirdi.
Biz qәdim şәhәrdә qәdim abidәlәrin qorunmasından, yeni tikililәrlәrin
hәmahәngliyindәn, finlilәr tәrәfindәn ucaldılmış “Viru” mehmanxanasının
bu ahәngi pozduğundan, “Qoca Toomas”dan, “Kök Marqarita” vә “Balaca
Marqarita” bürclәrinin tarixindәn, Pirita sahilinin insanı valeh edәn nadir
gözәlliyindәn, Ratuşa meydanında XVI әsrdәn bәri fәaliyyәtdә olan aptekin
böyük ustalıqla tәmirindәn, eston xalqının kitaba, bir dә çiçәklәrә olan
mәhәbbәtindәn, daha nәdәn, nәlәrdәn hey danışır, axşamın gözünü qaraldır,
saniyәlәri dәqiqәlәrә, dәqiqәlәri saatlara tәhvil verirdik.
– Bilsәniz şәhәrinizdәki rәngarәng çiçәk skamyaları adama nә qәdәr
xoş gәlir...
– Bu skamyaları heç vaxt çiçәksiz görmәzsiniz. Qarlı, yağışlı hava - 237
larda, axşam-sәhәr, hәtta küçәlәrdә get-gәl kәsilәndә dә skamyaların üs -
tündә çiçәk olur.
– Elәdir, yanından ötәndә dә sәnә çiçәk tәklif edirlәr. Keçәn axşam
meh manxanaya qayıdırdım, bir qarı mәni sәslәdi. Dedim bәs nә isә soruş -
maq istәyir. Sonra başa düşdüm ki, çiçәk almağı unutduğumu yada salır.
Yaxşı adәtdir.
– Elәdir. Ancaq bu cәhәtdәn yaponlara çatan olmaz. Onlar hәyatı
çiçәksiz tәsәvvür etmirlәr. Yaponiyada, hәtta çiçәk elmi, çiçәk dili mövcud-
dur. Ürәkdәn keçәni dilә gәtirmәk çәtinlәşәndә yaponiyalı çiçәyi kömәyә
çağırır.
– Yәqin, Yaponiyada olmusuz?
– Dünyanın elә qitәsi yoxdur ki, ayağım dәymәsin.
– Demәli, doğma yurddan savayı hәr yerdә olmusunuz. Görmәdiyiniz
bircә Azәrbaycandır.
Gözlәri qıyıldı. Onun uşaqlara mәxsus tutaş kirpiklәri arasından
dünyagörmüş vә gördüklәrini dәrk etmәyi, saf-çürük etmәyi bacaran
adamın, yetkin insanın gözlәri baxırdı. İndi ona rahat otuz yaş vermәk
olardı.
– Elәdir. Atamın vәtәnindә olmamışam.
O danışırdı, Yaponiyada, Çikaqoda, Parisdә gördük lәrini söylәyirdi.
Söylәyirdi ki, İspaniya çiçәklәr vә muzeylәr ölkәsidir, Yaponiyada
gözәlliyә, zәrifliyә sәcdә edirlәr, Hollandiyada sәhәrlәr çiçәklәrlә salam -
laşırlar. Bu ölkәdә becәrilәn qızıl lalәlәr heç yerdә bitmir. Hollandiya öz
qızıl lalәlәrini tәyyarә ilә bütün dünyaya göndәrir... Mәn isә fikirlәşirdim.