Page 423 - 2-ci cild
P. 423
Úîí Ìàððåë
Pitu (musiqi səsini batırmaq istəyərək). Madam, dediyiniz
hər şeyi gətirdim.
Sara. Ş-ş-ş-ş… Görürəm.
Pitu. Madam, siz işləmək istəyirdiz.
Sara. Mən artıq işləyirəm. Anamı xatırlayıram…
Pitu (əyləşib cəld hərəkətlərlə kartoçkaları ayırd edir). Sizin
ananız… Sizin ananız. İndi taparıq.
Sara. Mənim anam Yudit van Haard bir holland yəhudinin
qızıydı. O kişi mebel düzəldirdi… Həsirdən hörmə… Anamsa
yaman şöhrətpərəst idi. İyirmicə yaşında artıq o, hər şeyə nail
olmuşdu: fransız xanım, katolik, məşuqə. (Yavaş-yavaş kresloya
çatır.)
Pitu (kartoçkanı çıxarır). Budu. Hamısı var.
Sara (ona fikir vermədən). O, mənə yalnız gözəllik verə
bilərdi, bir də yaxşı davranış qaydaları öyrədə bilərdi. Sənətim
ondan miras qalmayıb.
Pitu (dəli kimi əlyazmaları ayırd eləyə-eləyə onları kartotekayla
tutuşdurur.) “Qohumlar” reyestrində…
Sara (ona fikir vermədən). Anam bənövşəyə oxşayırdı.
Pitu (öz-özünə). “A” qrafası, ana…
Sara. Daha doğrusu, bənövşə buketinə.
Pitu (mexaniki olaraq). Bənövşə buketi… “B”… Bizdə “B”
hardadı?
Sara (onu dolayaraq). Həmin buket o qədər əldən-ələ keçdi
ki, təzətərliyini tamam itirdi… Pitu, qeyd etdinizmi?
Pitu (dərhal qələm və kağız götürür). Bəli, bəli, madam.
(Yazır.)
Sara. O, həqiqətən də, papiros kağızına bükülmüş bənövşə
buketinə oxşayırdı. Bənövşənin elə gözəl qoxusu var ki…
Solanda qoxusu daha kəskin olur… Həmin o papiros kağızıdı
da…
Pitu (qeydlərini apara-apara). Madam, bir az aramla…
Deməli, papiros kağızı…
Sara. Val dayandı.
423