Page 421 - 2-ci cild
P. 421
Úîí Ìàððåë

Sara. Niyə?
Pitu. Mənə çatmır. Siz axı nə istəyirsiz? Mən, ümumiyyətlə,
heç nə anlamıram…
Sara (“ifasına” davam edərək). Mübahisə etmirəm... (Çox
yumşaq tərzdə.) Bəs çətir hanı?
Pitu. Madam, axı…
Sara. Mən çətir istədim.
Pitu (onun tonuyla). Siz qrammofon istədiz.
Sara. Həm də çətir.
Pitu. Mənim yadımda deyil. (Kağızları stolun üstündən yığ-
mağa başlayır.)
Sara (“ifasını” saxlayaraq). Dayanın. (Yazılı vərəqlərdən
bir neçəsini götürüb qovluğa qoyur və üstünü yazır.) Baxın, mən
bura “Qoh” … yazmışam.
Pitu. Mən bisavad-zad deyiləm.
Sara. Onda de görüm, bunun açması nədi?
Pitu. Qohumlar. Artıq dördüncü qovluqdu ki, üstünə bunu
yazırsız.
Sara. Onda özünüzlə götürün (Qovluğu ona verir.)

O, köks ötürüb getmək istəyir.

Gündəliyimi gətirin.
Pitu. Göy qovluğu?
Sara. Hə. Güllü-güllü olanı.
Pitu. Bu dəqiqə, madam. (Təzədən getmək istəyir.)
Sara. Çətiri də.
Pitu (dayanaraq). Madam işləyəcək?
Sara. Bəli. Madam işləyəcək.
Pitu. Qrammofon daha sizə lazım olmadı? (Royala tərəf
gedir.)
Sara (kəskin şəkildə). Qoyun qalsın! Özünüz də rədd olun!

Pitu təzədən çıxışa tərəf gedir.

421
   416   417   418   419   420   421   422   423   424   425   426