Page 418 - 2-ci cild
P. 418
Con Marrel

LANqUStUN GÜLÜŞÜ
(İkihissəli pyes)

İştirakçılar:
Sara Bernar – 77 yaşlarında, aktrisa
Corc Pitu – 45–50 yaşlarında, onun katibi

BİRİNCİ HİSSƏ

1922-ci il. Sara Bernarın dənizkənarı mülkünün artırması. Bu-
rada üstü əlyazmalarla dolu olan stol var. Onun arxasında

dənizə düşən pilləkən görünür. Üstündə bahalı içkilər olan bal-
aca bar stolu. İkinci planda royal var.

Sara kresloda mürgüləyib. Onun üstünə səliqəsiz şəkildə atılmış
xəz, çox güman ki, meymun dərisindəndi.

Pitu (daxil olur). İlahi, özün saxla! Madam, siz bura necə
gəlmisiz?

Sara. Eynilə sizin kimi.
Pitu. Sizi bura kim gətirib?.. Aydındı. Müsyö Anrinin yeni
əyləncəsi!
Sara (barış tonuyla). Pitu, yaxşı olar ki, dənizə tamaşa edəsiz.
Necə şəffafdı. Susub… eynən küncə qoyulmuş uşaq kimi. Külək
də susub… Bir tərpəniş yoxdu… Amma bax bu günəş! İlahi, nə
yaman yandırır! Mənim çətirimi gətirin!
Pitu. Yaxşı olar ki, siz evə qayıdasız. Mən sizi ötürərəm.
(Ona yaxınlaşır.) Doktor Maro deyir ki, sizin səhhətiniz ehtiyatlı
olmağı tələb edir.
Sara. Xahiş edirəm, nəsihətsiz keçinək! Çətirim!
Pitu. Baş üstə, madam. (Dərhal gedir.)

418
   413   414   415   416   417   418   419   420   421   422   423