Page 413 - 2-ci cild
P. 413
Ìàêñ Ôðèø

Don Juan. Törəyin və artın!
Yepiskop. Yazıda belə deyilir.
Don Juan. Siz özünüz də bilirsiz ki, heç bir lənət, dünyanın
heç bir qılıncı məni qorxutmayıb! Amma bax bircə o – məni se-
vən o qadın hər gün mənə bunu yaşadır. Görən, necə bacarır?
Mənim gördüyüm bircə odur ki, gülməli olana gülməmək üçün
özümü zorla saxlayıram və mən barışmalı olmadığımla barışmaq
məcburiyyətindəyəm. Nə olsun ki, o, qadındı. Qoy o, yer üzündəki
bütün qadınların başı olsun, amma hər halda, o, qadındısa, mən
kişiyəm. Və bu yerdə, zati-aliləri, adamın əli-qolu bağlanır,
üstəlik, əgər bu, könüllüdürsə. Burada mərhəmət mübarizəsi
başlanır: kim kimi öz mərhəmətiylə üstələyəcək. Bizi təklikdə
görəsiniz! Səsimiz azca da qalxmır! Büsbütün idilliya. Doğrudu,
belə bir şey də olmuşdu, bir gün stəkan divara dəymişdi. Amma
bu, bir də təkrarlanmayacaq. Biz bu hərəkətə dəhşətli dərəcədə
ağıl verdik, biri o birinin o qədər də xoşbəxt olmamasının əzabını
çəkir. Tam mükəmməllik üçün başqa nə lazımdı? Yalnız bir şey
çatışmır, gərək mənim cinsimin nümayəndəsi son kəndiri
boğazıma keçirə ki...
Yepiskop. Nə üçün?
Don Juan. Məni ata etmək üçün. Onda mən nə etməliyəm?
Mən axı onda onu günahlandıra bilmərəm! Həmişəki kimi, yenə
süfrə arxasına keçib bir-birimizə “nuş olsun” deyəcəyik!

Miranda və ya hersoginya Rondskaya daxil olur.

Miranda: Mən sizə mane olmadım ki?
Yepiskop. Əzizim Miranda, nə danışırsız! Biz elə indicə
Don Juanın cəhənnəmə vasil olmasından danışırdıq. (Don Juana.)
Siz Sevilyada bu mövzuda qoyulan tamaşanı görmüsüz? (Miran-
daya.) Artıq teatrlar bu mövzunu səhnələşdirirlər.
Miranda. Siz “səhnələşdirirlər” dediz?

413
   408   409   410   411   412   413   414   415   416   417   418