Page 415 - 2-ci cild
P. 415
Ìàêñ Ôðèø
Yepiskop. Elə mən də yoxam. Mən də, şükür ki, yoxam,
yoxsa teatr üçün hava-su kimi lazım olan bu pyesi bağlamaq
lazım gələcəkdi. Yeri gəlmişkən, mən onu, həqiqətən də, Tirso de
Molinanın yazdığına şübhə eləyirəm. Çünki burada hər şey həd-
dən ziyadə ilahiləşdirilib, həm də üslub baxımından onun pyes-
lərindən səviyyəcə aşağıdı. Amma, necə olsa da, hər halda...
(Astranı stolun üstünə qoyur.) Tanrı sizə bugününüzü çox görməsin.
(Don Juanın müşayiətiylə gedir.)

Miranda tək qalıb. Görünür ki, halı yaxşı deyil. Döşəmədəki
kitab gözünə sataşır. Don Juan qayıdıb gəlir.

Miranda. Bu kitab niyə burdaydı?
Don Juan. Nə bilim, belə də...
Miranda. Onu sən tolazlamışdın?
Don Juan. Bu nə kitabdı belə?
Miranda. Sən axı elə indicə onu çap edib-etməyəcəklərini
soruşdun? Bax həmin kitabdı: “Sevilya şeytanı, yaxud Daş
qonaq”.
Don Juan. Demək, o, bu kitabı bizə hədiyyə edib.
Miranda. Bəs sən onu niyə tullamışdın?

Don Juan kreslonu düzəldir.

Nahar eləməyin vaxtı deyilmi? (Əyləşir.) Sən nədənsə narazısan?

Don Juan əyləşir.

Juan, sən mənə qarşı ədalətli deyilsən.
Don Juan. Əlbəttə, əzizim, əlbəttə.
Miranda. Mən, doğrudan da, bir dəqiqə uzanmalıyam.
Don Juan. Şərab içirsən?
Miranda. Yox, çox sağ ol.
Don Juan. Niyə belə?

415
   410   411   412   413   414   415   416   417   418   419   420