Page 411 - 2-ci cild
P. 411
Ìàêñ Ôðèø
veriləndə, bundan bütün Rond xəbər tutur, bircə hersoginyadan
başqa. Nökərlərimə neçə dəfə demişəm ki, süfrəyə əvvəl
hersoginyanı, sonra məni çağırsınlar. Sizə gülməli gəlir! Bilirəm,
bunlar xırda şeylərdi, danışılası söhbət deyil. Amma mənim
həyatımı işgəncəyə çevirən də bu xırdalıqlardı. Mən nə eləyə
bilərəm? Unutmayın, mən axı onun əsiriyəm, qəsri tərk edə
bilmərəm. Əgər məni çöldə görsələr, əfsanəyə əlvida. Bu da o
deməkdi ki, mən təzədən Don Juan obrazına girməli olacam.
(Üçüncü badəni içir.) Gəl bu haqda danışmayaq.
Yepiskop. Qiyamət xeresdi!
Don Juan hiddətini zorla boğaraq susur.
Qiyamət xeresdi!
Don Juan. Bağışlayın! (Yepiskop badəsini doldurur.) Mən
sizə heç nə deməmişəm.
Yepiskop. Sizin sağlığınıza!
Don Juan. Sizin də.
Yepiskop. Hersoginya qiyamət qadındı. (İçir.) O, xoşbəxtdi
və eyni zamanda ağıllıdı. O, çox gözəl bilir ki, siz, onun əri heç
də o qədər xoşbəxt deyilsiz və biz təklikdə qalanda onun mənə
yeganə şikayəti də elə bu olur.
Don Juan. Mən bilirəm. Amma burda onluq bir iş yoxdu.
Yepiskop. Bəs?..
Don Juan. Gəlin bu haqda danışmayaq.
Yepiskop içir.
Hər dəfə bu lociyadan içəri keçəndə, hər dəfə – günbəgün, ilbəil
məni belə bir hiss bürüyür ki, daha tab gətirə bilmirəm. Boş
şeydi? Amma mənim, doğrudan da, dözümüm qalmadı. Nəhayət,
hersoginya peyda olanda isə özümü elə aparıram ki, guya,
doğrudan da, bütün bunlar boş şeylərdi. Biz süfrə arxasında
əyləşirik və mən “nuş olsun” deyirəm.
411