Page 407 - 2-ci cild
P. 407
Ìàêñ Ôðèø

Leporello gedir.

Elvira bacı, namusuma boğuldum deyə bura gəldim. Hər şey o
vaxtkı hadisənin ucbatından oldu. Mən gərək belə eləməyəydim.
Nə etdiyim ancaq indi mənə çatır. Odur ki, indi sizin bütün günü
ibadət etdiyinizi görüb əzab çəkirəm. Hər şey sizin Daş qonağın
gəlişinə inanmağınızdan başladı. Ağlıma da gəlməzdi ki, kimsə
bu qarmağa keçə bilər. Doğru sözümdü! Bu gün bütün İspaniya
buna inanır. Heç kimə həqiqəti açıb deyə də bilmirsən. Zavallı
Lopes! Onun aqibətindən xəbər tutduz? Sadəcə Daş qonağın
şişirtmə olduğunu açıq dediyinə görə onu İspaniyadan qovdular.
Elvira bacı, Daş qonaq axı mən özüm olmuşam, bir başqası yox,
mən özüm! Zavallı Lopes! Bu barədə artıq siz də bilirsiz ki, o
zavallı bütün varidatını ispan kilsəsinə hədiyyə edəndən sonra
Mərakeşdə özünü asdı. İndi isə ona ispan kilsəsi də inanmır!
Nədən axı İspaniyada həqiqətin ağzını belə tıxayıblar? Elvira
bacı, mən həqiqəti, əsl həqiqəti sizə demək üçün düz üç saat yol
gəlmişəm. Məni dinləyin! Bu sarsaq tarixçədən axı məni ən son
ayaqda agah etdilər. İndi də sizin bu səbəbdən, yalnız bu səbəbdən
rahibə həyatı seçməyiniz mənə ağır gəlir. Elvira bacı, öz aramızda
qalsın, o, heç də cəhənnəmdə deyil. İnanın mənə! Onun harda
olduğunu mən bilirəm, amma deməyə ixtiyarım yoxdu. Məni
satın alıblar, Elvira bacı, özü də çox yaxşı pul veriblər. Yoxsa
mən onun nökərini hansı pulla saxlaya bilərdim! Elvira bacı, bir
qadın kimi qadına sözümü deyirəm: Don Juan sağ-salamatdı.
Mən onu öz gözlərimlə görmüşəm. Hansısa cəhənnəmdən söhbət
belə gedə bilməz. Nə qədər ürəyiniz istəyir, ibadət edin.

Zınqırovların axşam səsi. Rahibə gedir.

Neyləmək olar?!

Leporello daxil olur.

407
   402   403   404   405   406   407   408   409   410   411   412