Page 403 - 2-ci cild
P. 403
Ìàêñ Ôðèø
Donna İzabella. Ah İlahi!
Don Juan. Və sair və ilaxır. Mənim çox qısa sürən gəncliyimdən
isə qulağıma parkın zülmət qaranlığından xırıltılı it hürüşməsi
gəlir.
Donna Elvira. Ah, İlahi!
Donna İnes. Ah İlahi!
Don Juan. Vəssalam, xatırladıqlarım elə budu.
Xanımlar duvaqla üzlərini örtürlər.
Leporello, şamları yandır.
Başqa kişilərdən fərqlənib-fərqlənmədiyimi bilmirəm. Onlar
necə, qadınlarla keçirdikləri gecələri xatırlayırlarmı? Geriyə, öz
həyatıma baxanda məni vahimə basır. Sanki ardınca iz qoymayan
bir üzgüçüyəm. Sizdə belə deyil? Və əgər hansısa bir gənc
məndən “qadınla olmaq nə deməkdi” soruşsa, açığını deyim ki,
ona nə cavab verəcəyimi bilmirəm. O da yeməyin dadı kimi, ağrı
kimi unudular və yalnız təkrar etdiyim zaman bunun nə olduğu
yadıma düşər...
Leporello şamları yandırıb qurtardı.
Don Baltasar, siz kimliyinizi indi bildirəcəksiz, yoxsa sonra?
Donna Beliza. O nə dedi?
Lopes (şlyapasını çıxarır). Mən Lopesəm.
Donna Beliza. Sənsən?
Lopes. Don Baltasar Lopes.
Don Juan. Gördüyünüz kimi, əgər səhv eləmirəmsə, xeyli
sayda ordenlərin kavaleri və Toledo şəhərinin xəzinədarı. Cənab
Lopes bütün ömrü boyu təhqir olunmuş ərlərin nümayəndəsi
kimi heç də xoşa gəlməyən bir ad daşıyıb.
Lopes. Don Juan, sizin atmacalarınızın sonu gəldi.
Astadan tıqqıltı səsi gəlir.
403