Page 401 - 2-ci cild
P. 401
Ìàêñ Ôðèø
Donna Beliza. Bu adı çəkməyin.
Lopes. Niyə?
Donna Beliza. Şöhrətli Lopes! O, özü özünü belə adlandırır.
Zati-aliləri, o, heç mənim uğrumda dalaşmadı, hətta qılınc
döyüşünə də çıxmadı. Qalan ərlər hamısı heç olmasa döyüşdülər,
ona görə də bu dəstədə yeganə dul olmayan mənəm...
Lopes. Sakitləşin.
Donna Beliza. Şöhrətli Lopes!
Donna Elvira. Zati-aliləri, mən hər şeyi gözləyə bilərdim,
təkcə xəyanətkar və zövqsüz əyin-başlı bu arvad dəstəsinin özlə-
rini mənimlə bir cərgəyə qoymağa cürət etmələrindən başqa.
xanımlar. Axx!
Donna Elvira. Zavallılar, riyakarlar, siz ancaq hiddətlənə
bilərsiz, vəssalam! Siz söhbəti nə qədər yayındırsaz da, bu lənət-
lənmiş evə sizləri nəyin gətirdiyini yaxşı bilirəm.
Donna Beliza. Bəs sizi?
Donna Elvira. Hardadı o, sizin o məşuqunuz hardadı? Mən
indi onun gözlərini çıxaracam.
Don Juan. Mən burdayam! (Əsl torero kimi hiddətdən coşmuş
xanımların arasına girir.) Hamınıza gəldiyinizə görə təşəkkür
edirəm. Yeri gəlmişkən, heç də hamı deyil... Amma mənə elə
gəlir ki, mənim cəhənnəmə vasil olacağımı bayram etməyə elə
siz də kifayətsiz.
Leporello. Ağam.
Don Juan. Gəlin əyləşək, mənim məşuqələrim!
Xanımlar cınqırlarını da çıxarmadan ayaq üstəcə
donub-qalıblar.
Etiraf edim ki, məşuqələrimin hamısını birlikdə, eyni yerdə
görmək mənə qəribə görünür. Çox qəribə... Mən əvvəllər də
bunu təsəvvürümə gətirməyə cəhd göstərmişəm, amma bir şey
alınmayıb. Özüm də bilmirəm, bu təntənəli anlarda sizlərə, bura
toplaşanlara nə deyim... Siz bir-birinizə elə yad, həm də eyni za-
401