Page 397 - 2-ci cild
P. 397
Ìàêñ Ôðèø

humu-zadı deyilsiz? Hə, bildim, o, ispan kilsəsinin mənə qarşı
təqiblərinə son qoymaması üçün varidatının yarısından keçib.
İndi də mənim evimi xəfiyyələrlə mühasirəyə alıb. Sizin rənginiz
ağardı, zati-aliləri, amma bu, faktdı: elə qapıdan çıxmağa
məəttələm, gərək kimisə deşəm. Böyük dərddi, zati-aliləri, inanın
mənə, nəsə bir qəzavü-qədərdi.

Leporello daxil olur.
Bizə mane olma!

Leporello çıxır.

Yepiskop. Mətləbin üstə qayıdaq.
Don Juan. Buyurun.
Yepiskop. Əfsanənin yaranışı.
Don Juan. Kordova yepiskopu, mənə bircə sizin razılığınız
lazımdı və əfsanə artıq hazırdı. Mən mərhum komandoru təsvir
edəcək adamı artıq tapmışam. Onun qəbirdən gələn səsi eşidilən
kimi xanımlar qiyyə çəkəcəklər. Bu barədə narahat olmayın!
Üstəlik, mən o abırsız gülüşümlə elə güləcəm ki, onların tükləri
biz-biz duracaq... Və elə ki lazım olan məqamda gurultu eşidildi
və xanımlar sifətlərini gizlətdilər – zati-aliləri, bura, stolun altın-
dakı qurğuya baxın – burdan kükürdün tüstüsü çıxacaq. Əlbəttə,
hər şey çox qısa müddətdə baş verəcək. Gözlənilməzlik möcüzənin
anasıdı. Siz isə – mən belə düşünürəm – adətən, belə hadisələr
üçün müəyyən etdiyiniz moizənizə başlayırsız. Göylərin cəzasının
qaçılmazlığından danışırsız və musiqiçilər “Alliluyya”nı ifa edir.
Vəssalam.
Yepiskop. Bəs siz?
Don Juan. Tullanıb zirzəmiyə düşəcəm. Döşəmədəki bu
qurma qapağa baxın. Əlbəttə, mən ana söyüşüylə bağırıb bura
yığılanlarda lap Aristotelsayağı dəhşət və özümə rəhm yaradacam.
Anbarda isə qəhvəyi əbamı geyinib məşhur bığlarımı qırxacam.
Az sonra tozlu-torpaqlı yolla bir rahib addımlayacaq.

397
   392   393   394   395   396   397   398   399   400   401   402