Page 395 - 2-ci cild
P. 395
Ìàêñ Ôðèø

Yepiskop içir.

Cəmi otuz yaşımda mən artıq dünyanın əksər məşhurlarının
taleyini yaşamağa başlamışam. Mənim qəhrəmanlıqlarım bütün
dünyaya bəllidi, amma onun mənasına varan çox azdı. İnsanların
mənim barəmdə nə çərənlədiklərini eşidəndə dəhşətə gəlirəm.
Sanki mənim üçün qadından başqa heç nə yoxdu!

Yepiskop. Amma hər halda...
Don Juan. Etiraf edim ki, ilk əvvəl bu, mənə ləzzət eləyirdi.
Mənim əllərimi sehrli çubuğa bənzədirdilər. Halalca, qanuni ərin
onillik kəbinlik dövründə tapa bilmədiyini dərhal tapır. Mən
həzz nöqtələrini nəzərdə tuturam.
Yepiskop. Siz o şöhrətli Lopesi deyirsiz?
Don Juan. Zati-aliləri, mən ad çəkmək istəmirəm.
Yepiskop. Don Baltasar Lopes...
Don Juan. Zati-aliləri, mən hər şeyə hazır idim, bircə darıx-
maqdan savayı. Bu şirin, ehtiraslı dodaqlar, ehtirasdan alışıb-
yanan gözlər... Mən daha onları görə bilmirəm. Kordova yepiskopu,
mənim şöhrətimi daha da yayan sizsiz, başqa heç kim, məhz
sizsiz. Paradoks da elə burdadı. Xanımlar sizin ayinlərdən
qayıdarkən məni arzulayırlar, kişilər isə mən onların qadınlarına
diqqət yetirməzdən qabaq dişlərini qıcayırlar. Bununla da mən
sözün hər mənasında, hər addımda döyüşməli oluram! Bu cür
daimi məşqlər məni lap virtuoz eləyib. Elə qılıncı təzəcə qınına
qoyuram ki, bir də görürəm, artıq dul qalmış arvadlar boynumdan
asılıb onları ovutmağımı gözləyir. Mənə nə qalır ki? Mən öz
şöhrətimlə ayaqlaşmaq, onun qurbanı olmaq məcburiyyətindəyəm.
Amma bizim bu nəcib İspaniyada bu haqda danışan yoxdu. Axı
qadınlar məni sadəcə zorlayırlar! Başqa çıxış yolu da var: zavallı
dul qadına diqqət verməyib ona arxa çevirmək və çıxıb getmək.
Amma, zati-aliləri, ən müşkülü də elə budu! Nə vaxt yoldan
çıxarılacaqlarını dəlicəsinə gözləyən qadınlardakı qisas hissi,
kimə də olmasa, sizə yaxşı məlumdu.

395
   390   391   392   393   394   395   396   397   398   399   400