Page 391 - 2-ci cild
P. 391
Ìàêñ Ôðèø

xanım. Mən kişilərdən doymuşam. O qədər doymuşam ki,
onlara təbəssümsüz baxa bilmirəm. Onlardan biri təbəssümümü
görmədən yaşaya bilməyəcəyini düşünüb məni hersoginya elədi
və canını tapşırdı.

Don Juan. Başa düşürəm...
xanım. İndi Ronddakı həmin qəsr mənimdi.
Don Juan. Mənə ondan danışıblar.
xanım. Mən belə düşünürəm ki, sən sol, mən də indiyəcən
qaldığım sağ fligeldə yaşaya bilərəm. Fligellərin arasında iri
həyət var. Sakitliyi yalnız fəvvarə səsi pozur. Bizim bir-birimizlə
ünsiyyət saxlamağımız heç də vacib deyil, yalnız ürəyimizdən
danışmaq keçəndən-keçənə görüşə bilərik. Üstəgəl mərhum her-
soqun kifayət qədər puluyla nəinki sənin borclarını, hətta səni
qətldə günahlandıran dünyanın bütün məhkəmələrinin də ağzını
bağlamaq olar. Qısası, nə qədər ki Rondda yaşayacaqsan, yer
üzündə heç kəs sənə öz həndəsənlə məşğul olmağa mane ola
bilməyəcək.
Don Juan. Amma...
xanım. Amması-filanı yoxdu.
Don Juan. Hersoginya Rondskaya, gərək etiraf edim ki,
sizin kişilərlə bağlı bu duyumunuz məni heyrətə gətirir. Amma
bunun nəyi xilas oldu?
xanım. Sən necə istəsən, o cür də olacaq, Juan.
Don Juan. Elə bu?
xanım. Ola bilsin, mən hələ də səni sevirəm. Qoy bu, səni
qorxutmasın. Mən dərk etdim ki, daha sənə ehtiyacım yoxdu,
Juan. Sənə təklif etdiyim ən vacib məsələ də elə budu. Mən
sənsiz yaşaya bilməyəcəyi xülyasıyla alışıb-yanan qadın deyiləm.
(Pauza.) Bu haqda düşün. (Pauza.) Sən bütün ömrün boyu özünü
sevdin, amma bir dəfə də özünü tapmadın. Ona görə də bizlərə
nifrət etdin. Sən bizlərin arasından özünə bir arvad tapmadın.
Yalnız qadın. Yalnız hansısa bir epizod. Amma bu epizodlar
sənin bütün ömrünü yeyib bitirdi. Juan, nədən axı sən arvad
barədə düşünməyəsən? Cəmi bircə dəfə. Bu, sənin həndəsənə
yeganə yoldu.

391
   386   387   388   389   390   391   392   393   394   395   396